a446964a-6836-46ef-9d5f-46374f703302..jpg

ANAMA: “Birinci Qarabağ müharibəsi dövründən qalan minalara da rast gəlinir”

Baxış sayı: 2. 989 dəfə baxılıb.

ANAMA: “Birinci Qarabağ müharibəsi dövründən qalan minalara da rast gəlinir”

“Birinci Qarabağ müharibəsi dövründən qalan mina və partlamamış hərbi
sursatlar aşkar edilib”.

ANAMA-dan verilən xəbərə görə, aparılan tədqiqat və minatəmizləmə
əməliyyatları zamanı Birinci Qarabağ müharibəsi dövründən qalan mina və
partlamamış hərbi sursatlara da rast gəlinir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)
işğaldan azad edilmiş ərazilərdə yanvarın 1-dən 7-dək Tərtər, Ağdam, Füzuli,
Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina,
7 tank əleyhinə mina və 203 Partlamamış Hərbi Sursat (PHS) aşkarlandığı barədə
məlumat yayıb.

Qeyd edilib ki,195 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Source link