e2200579-1370-493b-901e-6416644cb678..jpg

ANAMA daha 30 minaaxtaran it alacaq – FOTO

Baxış sayı: 2. 270 dəfə baxılıb.

ANAMA daha 30 minaaxtaran it alacaq – FOTO

ANAMA-ya 2023-cü ilədək 30 minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə
Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, bunlardan 20 minaaxtaran it artıq agentliyə göndərilib:

“Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi
donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın
davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir”.

Sədr həmçinin xatırladıb ki, ötən il minatəmizləmə əməliyyatına cəlb edilən
xüsusi təlim keçmiş itlərin sayında əlavələr olub.

Source link