ANAMA işçilərinin sayı 1400-ə çatdırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“300 nəfər şəxsi heyətlə başlayan ANAMA-nın artıq 1400 işçisi var”.
“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət
Məmmədov “Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr”
adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib.
O qeyd edib ki, mina bizim üçün başlıca problemdir.
“Məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıtmasına minalar böyük
əngəldir. Ancaq Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsini özünə
prioritet götürüb. Minatəmizləmə fəaliyyəti quruculuq bərpa işlərinə birbaşa
təsir edən amildir. Ərazidə minatəmizləyənlər üçün də təhlükəsizlik üçün vacib
məsələdir”.
Rüfət Məmmədov vurğulayıb ki, ANAMA-ya kifayət qədər böyük investisiyalar
qoyulub.
“Biz agentliyin potensialını 20 dəfə artırmışıq. 300 nəfər şəxsi heyətlə işə
başlayan qurumun artıq 1400 işçisi var. Gələn il də işçilərin sayının
artırılması gözlənilir. Müdafiə Nazirliyi, Sərhəd qoşunları da minatəmizləmə
ilə bağlı təlimatlandırılıb”.