ANAMA-nın mina partlayışı zamanı xəsarət alan əməkdaşının son durumu AÇIQLANDI
– YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti
vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində
yaralanan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)
əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudovun vəziyyəti
qənaətbəxşdir.
“Report”un əldə etdiyi məlumata görə, yaralıya sol daban, ayaq daraq
sümüklərinin açıq yarası diaqnozu təyin edilib. Ona ilkin tibbi yardım
göstərilib.
Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində
dekabrın 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)
əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov xidməti vəzifəsini
yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
17:25
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Ağdam
rayonunun Sarıcalı kəndi ərazisində minaya düşən əməkdaşının tibb müəssisəsinə
təxliyəsi nəzərdə tutulur.
Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, bu gün günorta saat 14:00 radələrində Ağdam Rayon Mərkəzi
Xəstəxanasının Təcili yardım bölməsinə mina partlaması nəticəsində xəsarət
almış bir nəfər daxil olub:
“17.08.1982-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sol daban, ayaq daraq
sümüklərinin açıq yarası diaqnozu təyin edilib. Zərərçəkmişə zəruri tibbi
yardım göstərilib, digər tibb müəssisəsinə təxliyəsi nəzərdə tutulur”.
Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, minaya düşən ANAMA əməkdaşı Gəncə Mərkəzi
Klinikasına köçürüləcək.
15:31
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Ağdam
rayonunun Sarıcalı kəndi ərazisində minaya düşən əməkdaşının son durumu
açıqlanıb.
Agentlikdən bildirilib ki, minaya düşən Zaur Mahmudov rayon xəstəxanasına
yerləşdirilib.
Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb.
Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti
qənaətbəxşdir.
13:57
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdamda minaya düşüb.
Bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, 2023-cü il 26 dekabr tarixində işğaldan azad edilmiş Ağdam
rayonunun Sarıcalı kəndi ərazisində agentliyin əməkdaşı 1982-ci il təvəllüdlü
Zaur Eldar oğlu Mahmudov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə
mina partlayışı baş verib.
Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına
çatdırılır. Vəziyyəti qənaətbəxşdir.
Könül Cəfərli