7110201b-6bd5-432e-9a7f-b4e220bd7b13..jpg

Anar Ağayev: “Finaldan gözləntilərim ancaq qələbədir”

Baxış sayı: 796 dəfə baxılıb.

Anar Ağayev: “Finaldan gözləntilərim ancaq qələbədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Finaldan gözləntilərim ancaq qələbədir.

Cixisyolu.com xəbər verir ki, bunu Moskvada keçirilən “Yeni dalğa 2024” müsabiqəsinin
yarımfinalında uğurla çıxış etmiş Anar Ağayev jurnalistlərin suallarını
cavablandırarkən söyləyib.

“Böyük bir sevinc hissi ilə bu məlumatı sizinlə paylaşıram. “Yeni dalğa”
müsabiqəsinin finalçıları arasında yer tutmuşam. Bu mənim üçün böyük bir
nailiyyətdir. Ümumilikdə minə yaxın ərizələr verilmişdi. Seçilmiş 13 finalçıdan
biri olmaq mənə nəsib oldu. Bu, qürurverici bir hissdir”, – o deyib.

Ağayev vurğulayıb ki, “finaldan gözləntilərim ancaq qələbədir”:

“Yarımfinalda Mikayıl Vəkilovun mahnılarını səsləndirdim. Düşünürəm ki, bu,
Azərbaycan musiqisi üçün mühümdür, çünki beynəlxalq arenada məhz öz
bəstəkarlarımızın mahnıları səslənir. Azərbaycan musiqisini bütün dünyada
tanıtdırmaq üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının Beynəlxalq
“Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı
müğənni Anar Ağayev vətənə qayıdıb.

Qeyd edək ki, Anar Ağayev “Bakı Payızı 2023” milli müsabiqəsinin qalibidir.

Source link