İnsanların dini mənsubiyyəti, hansı partiya üzv olması bizim üçün əhəmiyyət kəsb etmir.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib.
Onun sözlərinə görə, vəkilliyə qəbul zamanı heç bir ayrı-seçkiliyə yol verilməyib:
“İmtahanlarda kəsilənlər sırasında dövlət qulluğunda olanlar da, Yeni Azərbaycan Partiyasının üzvləri də var. Belə olan halda bunu necə izah edirlər?
Biz vəkilliyə qəbulla bağlı müsabiqə zamanı kiminsə dini və yaxud partiya mənsubiyyətini yoxlamırıq. Tələblər qanunla müəyyən olunub. Həmin tələblərə uyğun sənədləri qəbul edirik. İnsanların hər hansı dini mənsubiyyəti, partiya üzv olması bizim üçün hər hansı əhəmiyyət kəsb etmir. Tam məsuliyyətlə bildirirəm ki, kəsilənlər sırasında Yeni Azərbaycan Partiyasına mənsub insanlar az deyil”.
Anar Bağırov bildirib ki, iddialar böhtandır:
“Təbii ki, imtahanda kəsilən adam zəif cavab verdiyini söyləməyəcək, min bir səbəb gətirəcək. Təəssüf ki, insanlarda bu problem var, biz bunu görürük və lazımi reaksiya veririk”.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com