5fd090a8-17a5-4f92-89f3-b4d865ba033a..jpg

Anar Dadaşov: “Azərbaycanda nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq”

Baxış sayı: 826 dəfə baxılıb.

Anar Dadaşov: “Azərbaycanda nağd ödənişlərə hər hansısa məhdudiyyətlər
qoyulmayacaq”

“Azərbaycanda nağdsız ödəniş üsulları inkişaf etsə də, nağd ödənişlərə hər
hansısa məhdudiyyətlər qoyulmayacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) nağd pulun
idarə edilməsi şöbəsinin rəisi Anar Dadaşov “Nağd pul dövriyyəsinin
təşkili-2023” seminarında deyib.

“Avropa Mərkəzi Bankı tərəfindən “Avrozonanın nağd pul strategiyası” deyilən
siyasət proqramı hazırlanır. Artıq bu strategiyaya görə, rəqəmsal ödəniş
üsullarının olmasına baxmayaraq, nağd pul ödəniş vasitəsi kimi qalmaqda davam
edəcək. Avropa Mərkəzi Bankının əhali arasında apardığı sorğuya əsasən,
vətəndaşlar nağd pulun əsas ödəniş vasitəsi kimi qalmasını dəstəkləyiblər”, –
deyə A. Dadaşov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ödəniş kartlarının istifadəsi ölkədə
genişləndikdən sonra, nağd puldan istifadə getdikcə azalır.

Source link