1d5e5b89-ae1a-4923-9c0b-403160c31bde..jpg

Anar Nəcəfli: “Gələn ilin əvvəlinədək Qubadlıda iki yol layihəsinin yekunlaşdırılması planlaşdırılır”

Baxış sayı: 592 dəfə baxılıb.

Anar Nəcəfli: “Gələn ilin əvvəlinədək Qubadlıda iki yol layihəsinin
yekunlaşdırılması planlaşdırılır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubadlı rayonu ərazisində Qubadlı-Eyvazlı və Qubadlı-Mahmudlu-Yazdüzü
avtomobil yollarının bu ilin sonu-gələn ilin əvvəlinədək yekunlaşdırılması
nəzərdə tutulur.

Bunu “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
(AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, Qubadlı rayonu ərazisində irimiqyaslı yol infrastrukturu
layihələri həyata keçirilir:

“Onlardan ən böyüyü və birincisi Xudafərin-Qubadlı-Laçın avtomobil yoludur ki,
uzunluğu 70,4 kilometrdir və 4 hərəkət zolağı olmaqla inşa edilir. Bu avtomobil
yolunun növbəti illər ərzində tamamlanaraq tikintisinin yekunlaşdırılması
planlaşdırılır.

Bundan başqa Qubadlı-Eyvazlı avtomobil yolu, həmçinin Qubadlı-Mahmudlu-Yazdüzü
avtomobil yolunun da tikinti işləri tərəfimizdən icra olunur. Ümumilikdə bu 3
avtomobil yolunun ümumi uzunluğu 121,6 kilometr təşkil edir”.

A.Nəcəfli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I
Dövlət Proqramı çərçivəsində AAYDA tərəfindən ümumilikdə 21 avtomobil yolu
layihəsinin tikintisi həyata keçirilir:

“Bu avtomobil yollarının ümumi uzunluğu 2 300 kilometrdən artıqdır. Artıq bu
çərçivədə 5 avtomobil yolunun tikintisi yekunlaşıb. Yekunlaşan avtomobil
yollarının uzunluğu 186,3 kilometrdir”.

Source link