ffe4d52e-4f27-42d2-939a-3ab9a6506235..jpg

Anar Nəcəfli: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80 faizi tamamlanıb”

Baxış sayı: 592 dəfə baxılıb.

Anar Nəcəfli: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80 faizi
tamamlanıb”

“Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun 80 %-i tamamlanıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, Cəbrayıl və Zəngilan rayonu ərazisindən keçən ən mühüm yol
infrastrukturu layihələrindən biri Zəngəzur dəhlizinin Azərbaycandan keçən
hissəsinin tikintisidir:

“Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 123,5 km təşkil
edir. Layihə üzrə fiziki tərəqqi 80%-dir. Yol birinci texniki dərəcəyə uyğun 4
və 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyunca 58 alt keçid, 27 körpü,
12 km uzunluğa malik isə 3 tunelin inşası həyata keçirilir. Süni qurğular üzrə
işlər 89%, körpülər və tunellər üzrə isə ümumilikdə 77% tamamlanıb. Yeni yola
paralel olaraq uzunluğu 144 km olan mövcud yolun da hazırda yenidən qurulması
işləri tərəfimizdən icra olunur. Bu işlər hazırda Horadiz-Zəngilan hissəsində
aparılır”.

A.Nəcəfli qeyd edib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağdam avtomobil yolundan
başlanğıcını götürən daha bir yol isə Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil
yoludur:

“Yolun ümumi uzunluğu 39,7 km təşkil edir. Yol birinci texniki dərəcəyə uyğun
4 hərəkət zolaqlı olmaqla inşa edilir. Dövlətimizin başçısı 2022-ci il
oktyabrın 19-da sözügedən yolun Cəbrayıl şəhərinə qədər olan 14,2 km-lik
hissəsinin, həmçinin bu ilin may ayının 5-də Cəbrayıl şəhərindən sonrakı 8,2
km-lik hissəsinin açılışında iştirak edib. Yolun qalan hissəsinin tikintisi
davam edir və artıq yekunlaşmaq üzrədir”.

Source link