5a51dad8-c288-4e81-82d2-e3b5eea2fce5..jpg

Anar Rzayev: “Dünyaşöhrətli yazıçı deyəndə ətim tökülür”

Baxış sayı: 815 dəfə baxılıb.

Anar Rzayev: “Dünyaşöhrətli yazıçı deyəndə ətim tökülür”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“86 yaşım tamam olur. Ən böyük arzum Şuşanın işğaldan azad olunması idi, o
arzuma da çatdım. Artıq həyata keçməyən arzum qalmayıb. İndi arzularım ailəmlə,
övladlarımla, nəvələrimlə bağlıdır. Nəvəm öz adımı daşıyır. İstəyirəm ki, onlar
xoşbəxt, firavan yaşasınlar. Gənclik illərində də müxtəlif arzularım olub.
İstəyirdim ki, yazılar yazım, onlara filmlər çəkilsin. Bunların da əksəriyyəti
reallaşıb. Əlimdə bir neçə ssenari var, amma hələ ki, film çəkilmir. Mədəniyyət
Nazirliyi deyir ki, pulumuz yoxdur. Nə deyim vallah”.

Bunu Moderator.az-a Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar Rzayev
deyib.

“Bu gün məni mənəvi aşınma narahat edir. Mənəvi dəyərlər itib, böyük-kiçiyə
hörmət qalmayıb. Bayağı şeylər meydana çıxır. Bunlar heç də xoşagələn hal
deyil. Bu gün mənə Azərbaycanın məşhur yazıçısı deyəndə bu sözü qəbul edirəm.
Bəli, məni Azərbaycanda tanıyırlar. Mənə dünyaşöhrətli yazıçı deyəndə ona görə
ətim tökülür ki, dünyaşöhrətli yazıçı olmaq başqa bir şeydir. Mənim də xarici
ölkələrdə əsərlərim çap olunub. Amma özüm haqqımda heç vaxt demərəm ki,
dünyaşöhrətli yazıçıyam. Bu sözü qəbul etmirəm. Mən Azərbaycanın şöhrətli
yazıçıyam”, – deyə xalq yazıçısı bildirib.

Source link