Anardan Hüsniyyəyə ağır ittihamlar: Maskada gəzir, psixoloji problemi var

Anardan Hüsniyyəyə ağır ittihamlar: Maskada gəzir, psixoloji problemi var

Baxış sayı: 2. 873 dəfə baxılıb.

Aparıcı Hüsniyyə Məhərrəmovanın “Instagram” hesabında stilist Elnur Həsənova yazdığı ad günü təbriki qalmaqala səbəb olub.

ÇıxışYolu.Com xəbər verir ki, onun “peşəkar olmaq olar, amma adam olmadınsa, apar tulla” sözləri stilist Anar Ağakişiyevin sərt reaksiyasına səbəb olub. 

Anardan Hüsniyyəyə ağır ittihamlar: Maskada gəzir, psixoloji problemi var

Anar “Instagram” hesabının “Tarix” bölümündə Hüsniyyə ilə fotosunu paylaşıb və onun üzünü donuz smaylı ilə örtüb. Ağakişiyev Məhərrəmovanı paxıl, yetmişsifətli adlandırıb:

“Dünya şöhrətli stilistəm. Cəmiyyətdəki hörmətimə, ailəmdən olan tərbiyəmə hər kəs bələddir. Tanrım arzuladığım hər şeyi mənə yaşadır. Ən əsası da ətrafımda olan yetmişsifətli, dediyi sözləri danan, tülkü tərzli, kompleksli, uğursuz, onun-bunun dalınca danışan, etibarsız, cürət edib sözü üzə deyə bilməyən insanları ətrafımdan yığışdırır.

Hər kəs kimin nə olduğunu çox gözəl bilir. Bu insanın dar günündə qapımı döydülər. Halal xoşunuz olsun. Paxıllığımı çəkənin çox olduğunu bilirdim, amma bu qədərini təxmin etmirdim. Dürüst olun, Tanrım mənə yaşatdıqlarını, bəlkə, sizə də yaşadar.

İşim də göz önündədir, o qədər yuxarıdayam ki, aşağıdakılarla maraqlanmıram. Mənim öz dünyam var. Digər şeylər önəmli deyil”.

Anardan Hüsniyyəyə ağır ittihamlar: Maskada gəzir, psixoloji problemi var

ÇıxışYolu.Com-ın əməkdaşı qalmaqallı hadisənin təfərrüatını öyrənmək üçün tərəflərlə əlaqə yaradıb.

Hüsniyyə bildirib ki, təbrikinin Anara heç bir aidiyyəti yoxdur:

“Mənim bu paylaşımdan xəbərim yoxdur. Bizim aramızda heç bir şey baş verməyib. “Avroviziya” müddətində də münasibətlərimiz normal idi. Ümümiyyətlə, mənim Anarla hər zaman yaxşı münasibətim olub. Mən Elnuru təbrik etmişəm. Bu təbrikimin Anara nə dəxli var, başa düşə bilmirəm”.

Anar Ağakişiyev isə Hüsniyyəni maska altında gəzməkdə günahlandırıb:

“O şərhi oxuyanda ağıla ilk gələn kim olur? Əlbəttə mən – Anar Ağakişiyev. Hüsniyyə xanım dünya şöhrətli ulduz olmaq istəyir. Mən isə ona bu şansı verən deyiləm. Sözümü də ona necə lazımdır, çatdırdım. O xanım çox böyük bir maskanın altında gəzir. Mənimlə münasibəti dediyi kimi yaxşıdırsa, niyə mənə söz atır? Bizim “Avroviziya” vaxtı normal münasibətlərimiz olub. Sadəcə, o xanımın psixoloji durumu yaxşı deyil. Yəqin, onun antidepressant dərmanları qurtarıb və ya həyatındakı uğursuzluqları digər insanların üstünə yıxaraq, onları günahlandırmaq istəyir”.

Qeyd edək ki, Anarla Hüsniyyə sonuncu dəfə İsraildə keçirilən “Avroviziya” müsabiqəsində eyni komandada yer alıblar.

Rəşad Əliyev