5dc76f6d-a5dd-4017-b142-d676867de5fc..jpg

Anası aktyor olmağını istəmədi, 16 yaşından tum satdı – Ələsgər Məmmədoğlunun HƏYATI + VİDEO

Baxış sayı: 619 dəfə baxılıb.

Anası aktyor olmağını istəmədi, 16 yaşından tum satdı – Ələsgər Məmmədoğlunun
HƏYATI + VİDEO

“AStar” layihəsinin budəfəki buraxılışı mərhum Əməkdar artist Əsgər
Məmmədoğluya həsr edilib.

İstedadlı aktyor Ələsgər Məmmədoğlu kiçik, bəzən özünün də dediyi kimi, üçüncü
dərəcəli rolların mahir ifaçısı olub. O, canlandırdığı epizodik rollarla
yaddaşlarda qaldı. Aktyorun uşaqlıq illəri “Kubinka”da keçib. Dörd bacı, iki
qardaş olublar. Atasını itirdikdən sonra ailəsinin yükü Ələsgərin çiyinlərinə
düşüb. 16 yaşında işləməyə başlayan Ələsgər tum, dondurma sataraq ailəsinin
dolanışığını təmin etməyə çalışıb.

Uşaqlıqdan teatr tamaşalarına baxmağı çox sevirmiş. Böyüyən zaman aktyor
olacağına qərar verib. Lakin anası onun aktyor olmağını istəməyib. Sonra o,
sənədlərini İncəsənət İnstitutuna verib. Gündüz Musiqili Komediya teatrında
fəhlə, gecə isə Tədris Teatrında mühafizəçi olaraq çalışıb.

Aktyorun əsl adı Əsgər olub. Uşaqlıqda isə onun hamı “Xanlar” deyə çağırıb.
“Bəyin oğurlanması” filmindəki Ələsgər obrazı çox sevildiyindən tamaşaçılar onu
Ələsgər olaraq tanıyıblar.

Aktyor 1980-ci ildə məşhur aktyor Alen Delonun da rol aldığı “Tehran-43”
filminə çəkilib. Lakin onun çəkildiyi səhnələrin bir çoxu filmdən çıxarılıb.

Verilişdə Xalq artisti Nurəddin Mehdixanlı və aktyorun oğlu Ceyhun Məmmədov da
yer alıblar. Onlar mərhumla bağlı xatirələrini bölüşüblər.

Ətraflı videoda:


Source link