f2229a48-f023-4da2-885a-4165a6c4fb96..jpg

Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı – VİDEO

Baxış sayı: 729 dəfə baxılıb.

Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işinin
ilk məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə baş tutan
prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Arif Bəhərçiyev bıçaqla
iki şəxsi qəsdən həyatdan məhrum edib.

Belə ki, 2023-cü il dekabrın 31-də saat 23:00 radələrində Bakının Biləcəri
qəsəbəsi ərazisində, anası Gülnurə Bəhərçiyevanın icarəyə götürdüyü və birlikdə
işlətdikləri kafedə yeni il bayramını qeyd edərkən orada olan şəxslərlə spirtli
içki qəbul edib. Arif anası Gülnurə ilə ailəvi dostlarından Namiq Orucov
arasında sevgi münasibətlərinin olmasından şübhələnib.

Həmin gün atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması üçün Gülnurə
Bəhərçiyevanı kafenin mətbəxinə çağırıb. Ancaq anası bu çağırışa məhəl
qoymayaraq kabab bişirmək bəhanəsi ilə Namiq Orucovun yanında dayanıb.

Bunu görən Arif anasının saçından dartıb itələdikdə Namiq Orucov ondan
davranışlarına son qoymağı tələb edib. Arif Bəhərçiyev isə Namiq Orucovun bu
hərəkətindən daha da hiddətlənib.

O, bıçaqla Namiqin qarın nahiyəsinə zərbə vuraraq onu öldürüb.

Arif daha sonra onları ayırmağa çalışan Ramil Səfərovun da döş qəfəsinə
bıçaqla zərbə endirib.

Ramil Səfərov da hadisə yerində keçinib.

Məhkəmədə ifadə verən Arif Bəhərçiyev qətlə yetirilən Namiq Orucovun onu
həmişə əsəbiləşdirdiyini, hər yerdə kafeni özünün obyekti kimi təqdim edərək
dəfələrlə borca pul götürdüyünü deyib.

Borc sahibləri isə pulu almaq üçün kafeyə gəliblər. Hadisə baş verən gün anası
ilə olan mübahisəyə Namiqin müdaxilə etməsi isə onu daha da özündən çıxarıb.

O qeyd edib ki, Namiqə zərbə endirdikdən sonra Ramil Səfərovun arxadan onu
tutması növbəti bıçaq zərbəsini ona endirməsi ilə nəticələnib.

Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link