eb5f423a-61ad-487c-af1a-8f5fccaaef99..jpg

Anasını başqa kişiyə yazdığı mesaja görə bıçaqlayan tələbəyə cəza verildi

Baxış sayı: 815 dəfə baxılıb.

Anasını başqa kişiyə yazdığı mesaja görə bıçaqlayan tələbəyə cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada
təqsirləndirilən E.Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə na şərti cəza verilib.Təqsirləndirilən şəxs barəsində
seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan
tədbiri ilə əvəz edillib və E.Kərimovdərhal məhkəmə iclas zalından azad olunub.

Qeyd: Hadisə bu il iyul ayının 8-i saat 21:10 radələrində rayonun Çəmənli
kəndində qeydə alınıb.

Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi, 2000-ci il təvəllüdlü
E.Kərimov qısqanclıq zəminində Ağdam Eayon Mərkəzi Xəstəxanasında tibb bacısı
işləyən anası, 1977-ci il təvəllüdlü E.Kərimovanı bıçaqlayıb.

Yaralı rayon xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olunub.

E.Kərimov polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb.

İttihama görə, E.Kərimov yaşadıqları evin yataq otağında anasının atası ilə
rəsmi nikahda olmasına baxmayaraq, E.Kərimova mobil telefonun vatsapda başqa
şəxslə, yəni Ağdam rayonu Şükürağalı kənd sakininin nömrəsinə “Elgünüm,
ürəyimmm, haralardasan” və digər yazdığı mesaj yazışmalarını görüb. O, anasının
bu qeyri-etik hərəkətlərindən hirslənərək qisas almaq məqsədi ilə evin
mətbəxindən götürdüyü mətbəx bıçağı ilə onu vurub.

Source link