b2aa51c5-09bb-4e18-ab5e-0e279369dc2e..jpg

Anasını naqillə boğaraq öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Baxış sayı: 870 dəfə baxılıb.

Anasını naqillə boğaraq öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə
göndərilib.

Bu barədə Ucar Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il avqustun 18-də Ucar rayonun Qaradağlı kənd sakini,
1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın öldürülməsi faktı üzrə rayon
prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla
2000-ci il təvəllüdlü Faiq Qurbanovun aralarında yaranmış mübahisə zamanı anası
Şəlalə Qurbanovanı yaşadığı evdə naqillə boğaraq qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.

Faiq Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə
ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan
tədbiri seçilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Source link