5ed0ad87-58eb-4017-bf9a-91ed28122722..jpg

Anasını öldürən 16 yaşlı gənc hakim qarşısına çıxacaq

Baxış sayı: 1. 369 dəfə baxılıb.

Anasını öldürən 16 yaşlı gənc hakim qarşısına çıxacaq

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadə barəsindəki
hökmdən apellyasiya şikayəti verib.

Pravda.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən şəxs
cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 31-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlıqdan
məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Nizami rayonunda qeydə
alınıb. Metronun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü
Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İ.Məmmədzadə ilə mübahisə edib.
Nəticədə oğul anasını qətlə yetirib.

İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə)
maddəsi ilə ittiham irəli sürülüb.

Source link