9c37e549-6a3f-415b-bdcb-ef2b42ed7ab2..jpg

Anasını öldürüb cinayətə intihar görüntüsü verən gənc saxlanıldı – YENİLƏNİB

Baxış sayı: 817 dəfə baxılıb.

Anasını öldürüb cinayətə intihar görüntüsü verən gənc saxlanıldı – YENİLƏNİB

Bakıda intihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən
edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində
1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində
hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.

Belə ki, 2007-ci il təvəllüdlü S.A-nın (ad şərtidir) həmin tarixdə anası
Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən
adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində
tutulub.

İbtidai istintaq davam etdirilir.

12:20

Bakıda 15 yaşlı yeniyetmə anasını qətlə yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab
olaraq bildirib ki, hadisə Xətai rayonunda yerləşən mənzillərdən birində baş
verib.

Belə ki, bu gün 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın kəsilmiş-deşilmiş
yaralarla meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə yollanıblar. Araşdırmalarla qətlin
mərhumun oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı
şübhələr müəyyən edilib.

Polisin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü şübhəli tutularaq
istintaqa təhvil verilib.

Source link