Anasının sürprizi müğənnini ağlatdı – FOTO

Anasının sürprizi müğənnini ağlatdı – FOTO

Baxış sayı: 4. 113 dəfə baxılıb.

Tanınmış türkiyəli ifaçı İlyas Yalçıntaş 29 yaşını səhnədə qeyd edib.

ÇıxışYolu.Com xəbər verir ki, mini konsert verən ifaçı konsertdən sonra dostları olan müğənnilər Buray, Yusuf Güney və başqaları ilə tort kəsib.

Yalçıntaş doğum günü zamanı gözləmədiyi sürprizlə qarşılaşıb. Belə ki, müğənninin anası həmin məkana gəlib. Anasının gəlişinə təəccüblənən İlyas anasını qucaqlayıb və ağlayıb.

Qeyd edək ki, İlyas Yalçıntaş aprel ayının 1-ində Bakıda konsert verəcək. “Elektra Events Hall”da keçirilməsi planlaşdırılan konsertə biletlər 30 manatdan başlayır. 

Konsertdən sonra səhərə kimi olan “After Party” isə hər kəsin ürəyincə olacaq.

Onu da bildirək ki, “Şirin su”nun baş sponsorluğunu etdiyi konsert saat 20:00-da keçiriləcək. Yazın gəlişini isti musiqilərlə hiss etmək və yaya hazırlaşmaq üçün fürsətdən yararlanın.

Biletləri şəhərin mərkəzi kassalarından və  www.iticket.az saytından əldə edə biləriniz. Əlavə məlumat üçün isə  (070) 288 70 07 nömrələri ilə əlaqə saxlayın.

.
www.ÇıxışYolu.Com