Ancelina Coli Bred Pittə uduzdu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-li aktrisa Ancelina Coli keçmiş əri və aktyor Bred Pittə qarşı məhkəməni
uduzub.
Aktrisanın vəkilləri Pittin iddiasına etiraz etməyə çalışsalar da, məhkəmə bu
cəhdi əsassız hesab edib.
Məhkəmə prosesi keçmiş cütlüyün birgə zavodunun payının rusiyalı oliqarx Yuri
Şeflerə satılması ilə bağlı olub.
Bildirilib ki, keçən ilin payızında Ancelina Coli Bred Bittdən xəbərsiz
Şeflərlə sövdələşməyə girərək hissələrini ona satıb.
Həmçinin, aktrisa Bred Pittin ona 350 milyon dollar borcu olduğunu əsas
gətirərək belə addım atdığını qeyd edib.
Mənbə: NBC News