Ancelina Coli moda sahəsində debüt etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ancelina Coli moda dizaynında debüt edib. O, məşhur yazar Suleyka Jauaud
Batistin 96-cı Akademiya Mükafatları mərasimində geyindiyi büzməli paltarını
dizayn edib.
Suleyka öz imicindən razı qalıb və Ancelinanı “yeganə və təkrarolunmaz”
adlandırıb.
“Bu, ulduzun “qırmızı xalı”ya paltar dizaynında ilk təcrübəsi idi və o, rəssam
Çaz Qesti paltarın arxasına simfoniya çəkməyə dəvət etdi”, – deyə 35 yaşlı
yazıçı bildirib.
Qeyd edək ki, təsvir edilən orkestr Suleykanın əri Con Batistlə birlikdə rol
aldığı “Amerika simfoniyası” filminə hörmət əlamətidir.
Mənbə: The Voice Mag