Altı uşaq anası, Hollivudun ən parlaq aktrisası, 44 yaşlı Ancelina Coli artıq vaxtının çox hissəsini İspaniyada, Fuerteventura adasında keçirir və burada onun iştirakı ilə “Əbədi” adlı super qəhrəman filminin çəkilişləri aparılır.
Aktrisanın həyatındakı əsas şey isə onun ailəsi və uşaqlarıdır. Coli uşaqlarını özü ilə birgə çəkilişlərə aparır. Ekran əsərinin günlük çəkilişləri sona çatdıqda, bütün ailə gəzməyə və əylənməyə gedir.
Altı uşağın hamısı gəzməyə getmir. Belə ki böyük oğlanları Maddoks və Paks müstəqil yaşamaq üçün kifayət qədər böyüyüblər (Maddoks hazırda Cənubi Koreyada yaşayır və orada təhsilini davam etdirir). Elə məhz bu səbəbdən bu dəfə Coli ilə gəzməyə yalnız Shaylo, Zahara, Knoks və Vivien gedib. Şənbə günü aktrisa uşaqları ilə birlikdə səyahət üçün bir gəmi icarəyə götürərək qayıq gəzintisinə çıxıb. Sahildə isə məşhur ailə paparassilərin fotokameralarının obyektivinə tuş gəliblər.
Qeyd edək ki, Coli Pitlə boşanmaq üçün 2016-cı ilin sentyabrında məhkəməyə rəsmi şəkildə müraciət edib. Cazibədar aktrisanın bu cür addım atmasına səbəb həyat yoldaşının uşaqlara qarşı düzgün olmayan tərbiyə üsullarından istifadə etməsi olub. Hətta gəzən dedi-qodulara görə, içkili vəziyyətdə olan Bred böyük oğlu Meddoksa şəxsi təyyarələrində əl qaldırıb. Daha sonra bu xəbər öz təsdiqini tapmamışdı. Cütlüyün qalmaqallı boşanma prosesi bu ilin aprel ayında sona çatıb.
Rəşad Əliyev