75243574-8211-4779-9e53-0a5a0214c234.jpg

Ancelina Coli repçi Akala ilə görüntülənib, sevgili olduqları iddia edilir

Baxış sayı: 45 dəfə baxılıb.

Aktirsa Ancelina Coli 68-ci London Film Festivalında premyeradan sonra repçi
Akala ilə görüntülənib.

Cixisyolu.com bu barədə “Daily Mail”ə istinadən xəbər verir.

Aktirsa dərin dekolte ilə qara şalvar kostyumu və jiletdən ibarət obrazı
seçib. Repçi mavi kostyum və şərfdə olub.

Avqustda Anjelina Coli Venesiya Film Festivalında ehtimal olunan sevgilisi –
40 yaşlı Britaniya repçisi Akala ilə görüntülənmişdi. Lakin cütlük birgə çıxışı
heç cür şərh etməmişdi. Jurnalistlər cütlüyü birləşdirən münasibətləri öyrənə
biliblər.

“Sosial və humanitar problemlər məsələsində onların istəkləri eynidir. Bu
illər ərzində onlar qlobal problemlərə həsr olunmuş bir neçə birgə layihə
həyata keçiriblər. Coli onun haqqında çox yaxşı danışır”, – deyə mənbə qeyd
edib.

Source link