Dünya şöhrətli aktrisa Ancelina Coli uzun çək-çevirdən sonra 6 uşağının yay tətilində eks həyat yoldaşı, Hollivud ulduzu, aktyor Bred Pitlə birgə qalmasına razılıq verib.
“The Sun” nəşrinin məlumatına görə, cütlüyün arasındakı əmlak bölgüsü və altı uşağın himayəsi məsələsi ilə bağlı mübahisələr səngiyib və Ancelina Breddən xaiş edib ki, çəkildiyi filminin çəkilişləri bitənə kimi o, uşaqların yanında olsun.
Mənbə xəbər verir ki, Ancelina Breddən ayrıldıqdan sonra ona uşaqlarla birgə vaxt keçirməyə icazə vermirdi. Lakin indi Pitt valideynlərini Los-Ancelesdəki malikanəsinə çağıraraq, bu yayı bütün ailə ilə birlikdə keçirmək qərarına gəlib.
“Bu hadisə pozitiv addım kimi dəyərləndirilir və Bred Pitt sevincindən göyün yeddinci qatındadır”, – “The Sun” yazır.
Qeyd edək ki, Coli Pittlə boşanmaq üçün 2016-cı ilin sentyabrında məhkəməyə rəsmi şəkildə müraciət edib. Cazibədar aktrisanın bu cür addım atmasına səbəb, həyat yoldaşının uşaqlara qarşı düzgün olmayan tərbiyə metodlarından irəli gəlib. Hətta gəzən dedi-qodulara görə, içkili vəziyyətdə olan Bred böyük oğlu Meddoksa şəxsi təyyarələrində olarkən əl qaldırıb. Daha sonra bu xəbər öz təsdiqini tapmamışdı.
Cütlüyün qalmaqallı boşanma prosesi bu ilin aprel ayında sona çatıb.
Rəşad Əliyev