4b94a0b8-c1b5-4463-9973-be4b01a5a464..jpg

Ancelina Colidən Bred Pittə zorakılıq ittihamı – FOTO

Baxış sayı: 555 dəfə baxılıb.

Ancelina Colidən Bred Pittə zorakılıq ittihamı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud aktrisası Ancelina Coli keçmiş əri Bred Pitti ona və uşaqlarına qarşı
fiziki zorakılıqda ittiham edib.

Qeyd olunur ki, Coli keçmiş əri ilə ortaq bizneslərinə zərər verməmək üçün
məlumatı açıqlamasını qadağan edən gizli razılaşmaya görə, əvvəllər bu barədə
susub.

Xatırladaq ki, Coli 2016-cı ildə Pittdən boşanmaq üçün məhkəməyə müraciət
edib. Aktyorların boşanma prosesi üç il davam edib. Buna səbəb aktyorun
övladlığa götürdüyü oğlu Meddoksu döyməsi olub. İndi məlum olub ki, bu, yeganə
hal deyil. Colinin sözlərinə görə, 2016-cı ilə qədər ona qarşı fiziki zorakılıq
epizodları olub. Keçmiş ərinin cütlüyə məxsus üzüm bağlarını bərabər bölmək
üçün imzalamağa məcbur olduğu razılaşmaya görə, aktrisa bu barədə danışmayıb.

Mənbə: CNN

Source link