Ançelotti: “Beyl “Santiaqo Bernabeu” ilə gözəl şəkildə vidalaşmalıdır”
Madrid “Real”ının təcrübəli baş məşqçisi Karlo Ançelotti uelsli futbolçu Qaret
Beyl haqda müsabət fikirlər səsləndirib.
62 yaşlı mütəxəssis qeyd edib ki, Qaret Beyl vurduğu qollarla, keçirdiyi
matçlarla və qazandığı kuboklarla artıq Madrid klubunun tarixinə düşüb.
“Onun Uels komandasındakı çıxışını bir daha izlədik, onun forması yerindədir.
Beyl bu bacarıqlarını “Real”da da göstərmək istəyir”, – deyə K.Ançelotti
vurğulayıb.
İtaliyalı mütəxəssis əlavə edib ki, Qaret Beylin müqaviləsi bitəndən sonra
“Santiaqo Bernabeu” ilə gözəl şəkildə vidalaşması ədalətli olardı.
Qeyd edək ki, Uelsi futbolçunun Madrid klubu ilə müqaviləsi başa çatmaq
üzrədir və o mövsümün sonunda İspaniya klubunu tərk edəcək.
Mənbə: Marca