b2c5f474-5502-4928-9bdd-b95bf91a6ddc..jpg

Ançelotti karyerasını başa vuracaq

Baxış sayı: 424 dəfə baxılıb.

Ançelotti karyerasını başa vuracaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyalı futbol məşqçisi Karlo Ançelotti “Real Madrid”in onun üçün son iş
yeri olacağını açıqlayıb.

29 dekabr 2023-cü ildə 64 yaşlı Ançelotti “Real”la yeni müqavilə imzalayıb.
Sənədin müddəti 30 iyun 2026-cı ilə qədərdir.

“Bu mənim son işimdir. Karyeramı bitirəndə 2026-cı il ola bilər. Amma 2028-ci
ilə qədər məşqçi olmaq istəyirəm. Çünki Madridi sevirəm, burada qalmaq
istəyirəm. Bu, əldə edə biləcəyimiz uğurlardan asılı olacaq”, – deyə Ançelotti
bildirib.

Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edib və
2021-ci ildə yenidən kluba qayıdıb.

Mənbə: TASS

Source link