7e5240d4-eab2-457c-8479-5e415e34c05e..jpg

Ançelottiyə görə dünyanın ən yaxşı futbolçusu kimdir?

Baxış sayı: 644 dəfə baxılıb.

Ançelottiyə görə dünyanın ən yaxşı futbolçusu kimdir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandasının çempionluq uğrundakı
mübarizədə birbaşa rəqibi “Jirona”ya qalib gəldiyi oyunu şərh edib.

İtaliyalı mütəxəssis Kral klubunun 4:0 üstün olduğu matçdan sonra bəzi
futbolçuları tərifləyib.

“Bu oyun səviyyəsi və işə münasibətlə Vinisius mənim üçün dünyanın ən
yaxşısıdır. O, yüksək səviyyəli matç keçirdi. Bellinqem ikinci, Rodriqo isə
üçüncüdür”, – Ançelotti bildirib.

Xatırladaq ki, İspaniya Primerasının 24-cü turu çərçivəsində baş tutan “Real
Madrid” – “Jirona” matçında Vinisius bir qol vurub və iki məhsuldar ötürmə
edib. Ümumilikdə, bu mövsüm braziliyalı vinger bütün turnirlərdə 21 matçda
iştirak edib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mənbə: championat.com

Source link