Millət vəkili and içərkən bacısının ölüm xəbərini alıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hadisə Türkiyədə yaşanıb.
Belə ki, Türkiyə Böyük Millət Məclisində ( TBMM) yeni çağırış deputatların andiçmə mərasimi olub və and içmək üçün kürsüyə çıxan CXP İzmir millət vəkili Ednan Arslan həmin vaxt bacısının ölüm xəbərini alıb.
E.Arslanın bacısı Arzu Arslan anadangəlmə fiziki qüsurlu olub və uzun sürən xəstəlikdən sonra 40 yaşında dünyasını dəyişib.
Xəbəri alan millət vəkilinin halı pisləşib.
O, həkimlərin müdaxiləsindən sonra özünə gəlib və bacısının dəfnində iştirak etmək üçün İzmirə dönüb.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com