6dbff62d-43ef-49be-8e23-e06cf7948b04..jpg

Andrey Lunyov niyə “Qarabağ”ı seçdiyini açıqlayıb

Baxış sayı: 641 dəfə baxılıb.

Andrey Lunyov niyə “Qarabağ”ı seçdiyini açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov məhz bu kluba keçmək
qərarına gəlməsinin səbəbini açıqlayıb.

“Mən “Qarabağ”a konkret məqsədi həyata keçirmək üçün – özümü sübut etmək üçün
gəlmişəm. Zədədən, oyun vaxtı və səhhət baxımından “Bayer”dəki uğursuz dönəmdən
sonra dəqiq məqsədim var idi. Sadəcə olaraq stabil vəziyyətimə və futbola
qayıtmaq”, – “MatchTV” Lunyovun sözlərindən sitat gətirib.

Qeyd edək ki, Lunyov 2021-2023-cü illərdə Almaniyanın “Bayer” klubunun
futbolçusu olub, lakin üç matçda çıxış edərək bu komandada heç vaxt möhkəmlənə
bilməyib. 32 yaşlı rusiyalı qolkiper 2023-cü ilin avqustunda Azərbaycan
təmsilçisi ilə müqavilə imzalayıb.

Source link