1809a4a9-8052-4dd1-b4bc-f16e0c3cfa7a..jpg

Andrey Petrov Vardanyan barədə: “Layiqli cəzasını alsın!”

Baxış sayı: 597 dəfə baxılıb.

Andrey Petrov Vardanyan barədə: “Layiqli cəzasını alsın!”

Hazırda Qarabağı tərk edən ermənilərin bir qismi oradakı qanunsuz hərbi
birləşmələrin üzvləri və onların ailələridir. Digər bir qismi isə Qarabağın
işğalından sonra oraya köçən şəxslərdir ki, onların da Qarabağda qalması qanuna
ziddir.

Bunu “Vestnik Kavkaza” informasiya agentliyinin sədr müavini Andrey Petrov CBC
TV-nin efirində bildirib.

Onun sözlərinə görə, hazırda Qarabağda yaşayan dinc yerli erməni əhalinin
dəqiq sayı belə məlum deyil. Ərazini tərk edənlərin böyük əksəriyyətininsə
Qarabağda yaşamağa haqqı yoxdur.

“Bu gün gördüklərimiz Qarabağın etnik özünütəmizləməsidir. Belə ki, bunu
ermənilərin özləri təşkil edib. Məqsəd Azərbaycanı etnik təmizləmədə ittiham
etməkdir. Halbuki, onlar könüllü şəkildə ərazini tərk edirlər. Bu insanların
çoxunun Qarabağda yaşaması qanunsuzdur. Çünki, onlar yerli əhali deyil,
sonradan bölgəyə köçürülən sakinlərdir”, – deyə A.Petrov bəyan edib.

Ekspert Ruben Vardanyanın həbsi məsələsinə də toxunub.

“Qoy, o, layiqli cəzasını alsın. Rusiya buna etiraz etmir. Ən azından ona görə
ki, o, Rusiya vətəndaşı deyil, Ermənistan vətəndaşıdır”, – Petrov vurğulayıb.

Daha ətraflı CBC telekanlının videomaterialında:


Source link