Rusiyanın 19 yaşadək futbol yığması Bakıda iki yoldaşlıq matçı keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, hər iki oyunda Rusiya Azərbaycandan olan həmyaşıdlarına qalib gəlib – 4:0 və 1:0.
Son oyundan sonra Rusiya millisinin baş məşqçisi Andrey Qordeyev həm matçlar, həm də Bakı toplanışı haqda fikirlərini bildirib:
“Oyun qəliz alındı. Rəqib təzyiq etməyə və aqressiv oynamağa çalışırdı. Biz bu oyuna görə planlarımızı bir az dəyişdik, əks-hücum qaydası ilə hərəkət etdik. Biz yaxşı əks-hücumlara keçməyə nail olduq. Təəssüf ki, biz bütün şanslarımızı reallaşdıra bilmədik.
1:0, əlbəttə ki, sürüşkən hesabdır. Bununla bərabər, qeyd etməliyəm ki, uşaqlar hörmətəlayiqdirlər, müdafiədə çox ümidverici oynadılar və rəqibə demək olar ki, heç nə etməyə imkan vermədilər. Onlara əhsən! Bəli, bizim qapımıza penalti təyin olundu, amma bu epizod üçün oyunçuları qınamaq çətindir.
Komanda oyun planını ümumi olaraq yerinə yetirdi. Ancaq həmçinin istərdim ki, qol şanslarını reallaşdıraq. Azərbaycanda olan toplanışın yekununa gəldikdə isə, məşqçi heyəti görülən işdən razı qaldı. Biz oyunçuların müxtəlif ahəngini görməyə və müdafiədə özümüzü yaxşı göstərməyə nail olduq”.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com