64965943-1246-4827-888b-b84c5fd3ee11..jpg

Ankara “Crocus” terrorçuları ilə bağlı məlumatları Moskvaya ötürüb

Baxış sayı: 832 dəfə baxılıb.

Ankara “Crocus” terrorçuları ilə bağlı məlumatları Moskvaya ötürüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankara Moskva vilayətində “Crocus City Hall”
konsert zalına hücumda iştirak edən terrorçuların Türkiyədə olması ilə bağlı
məlumatları Moskvaya ötürüb.

Bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, həbs edilən dörd terrorçudan
ikisi əvvəllər Türkiyəyə səfər edib. Onlar respublika ərazisinə Moskvadan
gəliblər və yenidən Rusiyaya qayıdıblar. Onların Türkiyədə heç bir
qeydiyyatları olmayıb.

Mənbələr əlavə ediblər ki, bu şəxslərlə bağlı Moskvadan əvvəlcədən heç bir
xəbərdarlıq olmayıb.

“Təbii ki, Moskvadan gəlib qeydiyyatda olmayan iki nəfərin yenidən Moskvaya
qayıtmasında anormal heç nə yoxdur. Ankara onların Türkiyədə olması faktları
ilə bağlı hər bir məsələni diqqətlə araşdırıb. Rusiya tərəfi bu barədə
məlumatlandırılmağa davam edəcək”, – deyə mənbədən vurğulanıb.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında
terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb,
partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs
olunublar. Onlar artıq sifarişçilər haqqındaifadə veriblər
.

Source link