Rəsmi Ankara bu ilin sonuna qədər Rusiya ilə viza rejiminin ləğv edilməsini, yaxud viza rejiminin yumşaldılmasını gözləyir.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN Turk telekanalına müsahibəsində bildirib.
“Bu ilin sonunda iki ölkənin prezidentləri şəxsi görüşlərində viza rejiminin ləğvi barədə qərar verə bilərlər”.