Ankara Türkiyənin bir milyon fələstinli qaçqını qəbul etməyə hazır olduğunu
təkzib edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Prezident Administrasiyası Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri
Benyamin Netanyahu ilə iki milyard dollar müqabilində bir milyon fələstinli
qaçqını qəbul etmək və onları Türkiyə vətəndaşı etmək barədə razılığa gəldiyinə
dair iddiaları tamamilə uydurma adlandırıb.
Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzinin yaydığı məlumata görə, nə
Netanyahunun müvafiq bəyanatı, nə də İsrail və Türkiyə liderləri arasında
danışıqların getdiyi barədə məlumat həqiqətə uyğun deyil.
Mənbə: mk.ru