Ankara və Vaşinqton Suriya ilə bağlı ortaq məxrəcə gəlib

Ankara və Vaşinqton Suriya ilə bağlı ortaq məxrəcə gəlib

Baxış sayı: 2. 265 dəfə baxılıb.

ABŞ və Türkiyə Suriyanın Mənbic bölgəsində vəziyyətin sabitləşdirilməsi üçün  birgə “yol xəritəsini” razılaşdırıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İyunun 4-də ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüş keçirib.

Ali diplomatlar ortaq “yol xəritəsinin” gerçəkləşdirilməsina hazırlıq ifadə edib.

Pompeo və Çavuşoğlunun  bəyanatına görə, görüşdə ABŞ və Türkiyənin Suriya ilə bağlı gələcək əməkdaşlığı, o cümlədən Mənbic bölgəsində sabitlik və təhlükəsizliyin qorunmasına imkan verəcək birgə addımlar müzakirə olunub.

Xatırladaq ki, aprel ayında Türkiyə hökuməti ABŞ-la birgə Mənbicə ordu yeridəcəyi ilə bağlı planlarını elan edib. Çavuşoğlunun sözlərinə görə, türkiyəli hərbçilər amerikalı əsgərlərlə birgə Mənbicə daxil olacaq.

.
www.ÇıxışYolu.Com