Ankarada 70 milyon dollarlıq radioaktiv maddə satışının qarşısı alındı

Ankarada 70 milyon dollarlıq radioaktiv maddə satışının qarşısı alındı

Baxış sayı: 3. 288 dəfə baxılıb.

Türkiyənin paytaxtı Ankarada hüquq mühafizə orqanları əməkdaşlarının qaçaqmalçı dəstəyə qarşı keçirdiyi reyd zamanı 1,4 kiloqrama yaxın radioaktiv maddə müsadirə olunub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

“Kalifornium” adı ilə tanınan radioaktiv material Pursaklar rayonunda avtomobilin içində aşkarlanıb.

Əməliyyatın gedişatında 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Anakara polisinin məlumatına görə, qaçaqmalçı dəstə radioaktiv maddəni 70 milyon dollardan baha qiymətə satmağa çalışıb.

“Kalifornium” maddəsinin mənşəyi və Türkiyə ərazisinə hansı yolla gətirildiyi məlum deyil.

F.M.
www.ÇıxışYolu.Com