Ankarada qonşular arasında dava düşüb, beş nəfər ölüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin paytaxtı Ankara şəhərində qonşular arasında düşən dava beş nəfərin
ölümünə səbəb olub.
Məlumata görə, Ankaranın Sincan rayonu Papatya küçəsində eyni evdə yaşayan
qonşular arasında dava düşüb. 72 yaşlı kişi tüfənglə qonşularını – ikisi uşaq
olmaqla eyni ailədən beş nəfəri güllələyib. Onlardan dördü hadisə yerində, biri
xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qonşular arasında dava, deyilənə görə, səs-küy üstündə düşüb.
Əvvəllər də vaxtaşırı belə mübahisələrinin olduğu bildirilir.
Mənbə: ntv.com.tr