92cd3736-3cf1-4fba-af8e-7fa4bbc394c2..jpg

Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçiriləcək

Baxış sayı: 864 dəfə baxılıb.

Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçiriləcək

Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə
Türkiyə Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Toplantısı keçiriləcək.

Azərbaycanın təklifi ilə keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan
Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi
ölkələrin nümayəndələri kimi Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin
Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Milli Şurasının
Xalq İşləri İdarəsinin rəhbəri Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.

Ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan ŞKTC
ilk dəfə TDT Sammitində iştirak edəcək.

Yaşanan dəhşətli zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən
sammitdə fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı
ilə bağlı məsələlər masaya yatırılacaq, ortaq gündəmdə yer alan məsələlər
ətrafında fikir mübadiləsi aparılacaq.

Ərdoğan sammit çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.

Mənbə: TRT Avaz

Source link