6786a3bc-1d24-4eb5-8852-4bcc40b375ce.jpg

Ankarada terror aktını törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib

Baxış sayı: 206 dəfə baxılıb.

Ötən gün Türkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilmiş
terror aktında öldürülən terrorçulardan birinin şəxsiyyəti müəyyənləşib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya
özünün “X” hesabında yazıb.

“TUSAŞ-da terror aktı zamanı öldürülən terrorçunun kimliyini müəyyən etdik.
Xainin “Rojger” ləqəbli PKK üzvü Ali Örek olduğu üzə çıxıb.

Heç bir terror aktı bizi yolumuzdan döndərə, sevimli millətimizin əzmini
sındıra bilməz!” – deyə o qeyd edib.

Nazir qeyd edib ki, digər terrorçu qadının şəxsiyyəti isə hələ
müəyyənləşdirilir.

Dün TUSAŞ’ta meydana gelen hain terör saldırısında etkisiz hale getirilen
erkek teröristin kimliği belli oldu.

Hainin, PKK terör örgütü üyesi Rojger kod adlı Ali Örek olduğu tespit edildi.
Diğer kadın teröristin kimlik belirleme çalışmaları devam ediyor.

Şehitlerimize bir kez…
— Ali Yerlikaya (@AliYerlikaya) October 24, 2024

Source link