1603e498-706b-4ba0-9840-810d93ef6c81.jpg

Ankarada terror hücumu: Dörd şəhid, 14 yaralı

Baxış sayı: 26 dəfə baxılıb.

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən
terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

Cixisyolu.com bildirir ki, Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir
Putinlə görüşündə deyib.

Eyni zamanda, hadisə yerinə Jandarma Xüsusi Əməliyyat Dəstəsi göndərilib.

Cixisyolu.com həmin görüntüləri təqdim edir:

Son dakika: Jandarma Özel Harekat timi TUSAŞ’a intikal etti#tusaş
#JÖH
#SOndakika
#terör

https://t.co/EtIuQEZZO1 pic.twitter.com/vxgjyHiGbV

— Türk Dünyası Haberleri (@oxuazturkce) October 23, 2024

19:08

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye
Şirkətində (TUSAŞ) törədilən terror aktı nəticəsində üç nəfər şəhid olub, 14
nəfər yaralanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya
özünün “X” hesabında məlumat verib.

“Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfalar diləyirəm. Bu
mənfur hücumu qınayıram”, – DİN rəhbəri yazıb.

O qeyd edib ki, son terrorçu zərərsizləşdirilənə qədər terroristlərlə mübarizə
əzm və qətiyyətlə davam edəcək.

YENİ BİLGİ-1

Türk Havacılık ve Uzay Sanayii AŞ. (TUSAŞ) Ankara Kahramankazan tesislerine
yönelik terör saldırısında 2 terörist etkisiz hale getirilmiştir.

Saldırıda maalesef 3 şehidimiz, 14 yaralımız var.

Şehitlerimize Allah’tan rahmet; yaralılarımıza acil şifalar diliyorum.…
— Ali Yerlikaya (@AliYerlikaya) October 23, 2024

18:48

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye
Şirkətində (TUSAŞ) hücum həyata keçirən üç terrorçudan ikisi zərərsizləşdirilib.

Cixisyolu.com “Sabah”a istinadən xəbər verir ki, digər terrorçunun
zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam
etdirir.

Türkiyə Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırmalara başlayıb.

18:13

Ankarada, TUSAŞ-ın (“Türk Aviasiya və Kosmik Sənayesi” ASC) obyektlərində
ikinci partlayış olub.

Cixisyolu.com bildirir ki, bu barədə “İhlas” Xəbər Agentliyi məlumat yayıb.

Həmçinin, bir neçə şəxsin girov götürüldüyü barədə məlumatlar var.

17:57

Ankarada TUSAŞ-ın (“Türk Aviasiya və Kosmik Sənayesi” ASC) obyektlərində
törədilən terrorda, ilkin məlumata görə, iki nəfər həlak olub.

Cixisyolu.com bildirir ki, bu barədə “CNN Türk” xəbər yayıb.

İşte TUSAŞ’a saldıran teröristler! #TUSAŞ
#patlama
#Ankara
#TUSAŞ
#Ankara

#Terörsaldırısı

pic.twitter.com/M4AwONOOJs
— Türk Dünyası Haberleri (@oxuazturkce) October 23, 2024

#TUSAŞ ‘a
saldıran teröristin nizamiyeye giriş anı. Teröristlerin YPG bünyesinde
eğitildikleri varsayılıyor.pic.twitter.com/xdiXgzJiwt
— Türk Dünyası Haberleri (@oxuazturkce) October 23, 2024

17:36

TUSAŞ-ın (“Türk Aviasiya və Kosmik Sənayesi” ASC) Ankaranın Kahramankazan
rayonundakı obyektlərində partlayış və silah səsləri eşidilib.

Cixisyolu.com bu barədə “Haber Global”a istinadən xəbər verir.

TUSAŞ-ın giriş qapısında baş verən partlayışdan sonra silah səsləri eşidilib.
Təhlükəsizlik səbəbindən personalın sığınacaqlara yönləndirildiyi bildirilib.

Qeyd edək ki, hadisə yerinə təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və
tibbi briqadalar göndərilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə “X” hesabında məlumat
paylaşaraq, hadisəni terror adlandırıb, ölənlərin və yaralıların olduğunu
bildirib.

Türk Havacılık ve Uzay Sanayii AŞ. (TUSAŞ) Ankara Kahramankazan tesislerine
yönelik terör saldırısı gerçekleştirilmiştir.

Saldırı sonrası maalesef şehit ve yaralılarımız bulunmaktadır.

Şehitlerimize Allah’tan rahmet; yaralılarımıza acil şifalar diliyorum.

Gelişmelerden kamuoyu…
— Ali Yerlikaya (@AliYerlikaya) October 23, 2024

Source link