9c35c243-21cf-47da-bdd3-068d3fa1368c..jpg

Ankarada zəncirvari yol qəzası baş verib: 26 avtomobil bir-birinə çırpılıb – FOTO/VİDEO

Baxış sayı: 641 dəfə baxılıb.

Ankarada zəncirvari yol qəzası baş verib: 26 avtomobil bir-birinə çırpılıb –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin paytaxtı Ankaranın Yenimahalle rayonunda zəncirvari yol-nəqliyyat
hadisəsi baş verib.

Qeyd olunur ki, yağış səbəbindən sürüşkən olan Konya yolunda baş verən
zəncirvari qəzada 26 avtomobil toqquşub. Qəzada 3 nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım dəstələri sövq edilib.

Qəzada yüngül yaralanan 3 nəfərə ilkin tibbi müdaxilə edildikdən sonra onlar
xəstəxanaya aparılıblar. Bəzi avtomobillər evakuatorlarla qəza yerindən
uzaqlaşdırılıb və bir müddət nəqliyyatın hərəkəti nəzarət altına alınıb.

Mənbə: Anadolu Ajansı


Source link