Türkiyənin paytaxtı Ankara şəhərini sel basıb.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, selin baş verməsinə səbəb şəhərə düşən intensiv yağışlar olub.
Sel nəticəsində evləri və ofisləri su basıb, 6 nəfər xəsarət alıb, onlarla avtomobilə ziyan dəyib.
Ankara bələdiyyəsinin rəhbəri Mustafa Tuna bildirib ki, hadisə zamanı ölüm faktı qeydə alınmayıb.
Ankarada hələ 3 gün ərzində yağmurlu hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.