Anna Qriqoryan: “Tehranla İrəvan arasında hərbi saziş imzalanmalıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ümumi təhdidlərlə mübarizə aparmaq üçün İran və Ermənistan arasında hərbi
saziş imzalamaq daha yaxşı olardı”.
Bunu Ermənistan parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Anna
Qriqoryan İrana səfəri zamanı bəyan edib.
O, İRNA ilə eksklüziv müsahibəsində deyib ki, Ermənistan bu gün müharibə
vəziyyətindədir və ölkə ətrafındakı bu vəziyyət hər gün daha da şiddətlənir.
“İranın Ermənistanın ərazi bütövlüyünü qoruyub saxlamaqla bağlı bir neçə dəfə
bəyanatlar verməsi ilə yanaşı, iki ölkə arasında münasibətlər hələ də çox
yüksək inkişaf potensialına malikdir. Hazırda iki ölkə arasında konkret olaraq
hərbi sahədə heç bir razılaşma yoxdur. Belə bir hərbi sazişin bağlanması
təhlükələrə nəzarət etmək və qarşısını almaq üçün zəruridir”, – deyə o bildirib.