Rusiyalı ulduz müğənni Anna Semenoviç sinəsinin ölçüsünü azaltmaq üçün plastik cərrahiyyə əməliyyatı edib.
Bunu o NTV telekanalının “Milyonluq sirr” verilişində açıqlayıb.
Bir neçə il əvvəl Semenoviçdə “qiqantomastiya” aşkar edilib: sinəsi 6-cı ölçüdən yuxarı olan qadınlara belə diaqnoz qoyulur.
Ulduzun etirafına görə, buna səbəb tək genlər deyil, həm də stres keşirməsi olub. 5 il əvvəl o hormonal nasazlıq keçirib və bədən ölçüləri artıb.
Semenoviç bildirib ki, yersiz suallar və atmacalar onu boğaza yıgıb və o özünü “çox bədbəxt” hiss edirmiş.
Ətrafdakıların gülüşlərinə son qoymaq üçün qadın həkimlərə müraciət edib və Amerikada cərrahiyyə əməliyyatı keçirərək sinəsini 9-cu ölçüdən 5-ciyə gədər kiçildib.
“Blestyaşiye” qrupunun keçmiş ifaçısı Semenoviç həm də hamiləlikdən qabaq “yükü atmaq” istədiyini bildirib.
O verilişin efirindən üzünü başqalarını ələ salan insanlara tutub: “Düşünün ki, sizin sözləriniz həmin adama nə dərəcədə təsir edə bilər”.