02012847-517f-4edf-93f6-c58948706321..jpg

Ansi Aqolli: “Qarabağ”da ən çox oyun keçirən əcnəbi futbolçu olmaq şərəfdir”

Baxış sayı: 785 dəfə baxılıb.

Ansi Aqolli: “Qarabağ”da ən çox oyun keçirən əcnəbi futbolçu olmaq şərəfdir”

“Qarabağ”ın heyətində ən çox oyun keçirən əcnəbi futbolçu olmaq mənim üçün
xüsusi şərəfdir”.

“Report”un məlumatına görə, bunu Albaniya millisinin sabiq futbolçusu Ansi
Aqolli “Qarabağ”dakı karyerası barədə “tribalfootball.com” saytına
müsahibəsində deyib.

Veteran müdafiəçi bildirib ki, bu təcrübə onu futbola fərqli, daha yetkin
baxmağa vadar edib:

“Qarabağ”da oynamağın mənə çox köməyi dəydi. Orada çox şey öyrəndim. Həmişə
komandam üçün əlimdən gələni etməyi, yoldaşlarıma köməklik göstərməyi
düşünmüşəm. Bunu etsəniz, təbii ki, belə nailiyyətlər də gələcək”.

O, karyerasındakı ən yaddalan anları və ən çətin oyunları da açıqlayıb:

“Bunlardan birincisi, az büdcəyə baxmayaraq, 2017/2018 mövsümündə “Qarabağ”la
bütün təsnifat mərhələlərini uğurla adladıqdan sonra Çempionlar Liqasının
qrupuna vəsiqə qazanmağımız oldu. Ən çətin oyunlarımı millidə İspaniyaya,
“Qarabağ”da isə 2010-cu ildə Avropa Liqasında Almaniyanın “Borussiya”
(Dortmund) klubuna qarşı keçirmişəm”.

Aqolli futbolçu vaxtı ən böyük arzusunun Almaniya Bundesliqasında oynamaq
olduğunu söyləyib:

“Amma “Qarabağ”a keçdikdən sonra Çempionlar Liqası və Avropa Liqasının
qruplarında oynadım. Bəlkə də Almaniyaya getsəydim, bu, baş verməzdi. Karyerama
görə peşman deyiləm və gördüyüm işdən razıyam”.

Qeyd edək ki, Ansi Aqolli “Qarabağ”ın formasını 2010-2019-cu illərdə geyinib.

Source link