6a04e1b6-b2d5-4e96-aa71-2ab07d02b2a7..jpg

Antakyada azərbaycanlı ana və qızı dağıntılar altından xilas edildi – FOTO

Baxış sayı: 1. 090 dəfə baxılıb.

Antakyada azərbaycanlı ana və qızı dağıntılar altından xilas edildi – FOTO

Türkiyənin güclü zəlzələnin baş verdiyi Hatay şəhərinin Antakya rayonunda
azərbaycanlı Sevda Əliyeva və qızı Nəzrin Əlizadə dağıntılar altından xilas
edilib.

“Report”un Ankara Bürosuna bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyindən
məlumat verilib.

Məlumata görə, ana və qızının səhhəti normaldır:

“Antakya rayonunda dağıntılar altında qalan azərbaycanlı Nəzrin Əlizadə və
anası Sevda Əliyevanın səhhəti qənaətbəxşdir”.

Bildirilib ki, ana və qızının yaşadığı ev zəlzələdə dağıntıya məruz qalıb,
onları xilas etmək mümkün olub. Onlar heç bir əşyalarını götürə bilməyiblər,
yaxın tanışlarının evində qalırlar.

Hatayın Antakya və İskenderun şəhərlərində olan böyük dağıntılarla əlaqədar
əraziyə əhalinin gəliş-gedişi qadağan olunub.

N.Əlizadə Hatay vilayətinin mərkəzi Antakya şəhərindəki Mustafa Kemal
Universitetində yenicə müəllim kimi fəaliyyət başlayıb.

Qeyd edək ki, dünən Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda
Türkiyə vaxtı ilə saat 4:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat
13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa saat 4:26-da, Qaziantepin
Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5
maqnitudalı təkanlar baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa,
Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən
Ankarada da hiss edilib.

Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1 762 nəfərə çatıb, 12 068 insan
xəsarət alıb.

Source link