Antalyada çimərlikdən tapılan cəsədlərdən birinin kimliyi bilindi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyədə, Antalyanın Serik rayonunda çimərlikdə tapılan cəsədlərdən birinin
yanvarın 4-də yoxa çıxan 18 yaşlı Merve Şevval Elmas olduğu müəyyən edilib.
Məlumata görə, İstanbulda yaşayan Osman Elmas yanvarın 4-dən Qastronomiya
fakültəsinin 1-ci kurs tələbəsi olan qızı Merve Şevval Elmasla əlaqə saxlaya
bilməyincə itkin düşdüyü ilə bağlı polisə məlumat verib. Antalyaya gələn Osman
Elmas qızını tapmaq üçün polisə ifadə də verib.
Antalya rayon polis əməkdaşları Merve Şevval Elmasın tapılması üçün əməliyyat
keçiriblər. Onun meyiti Antalya çimərliyində tapılıb.
Qeyd edək ki, Antalya çimərliklərində altı gündə doqquz cəsəd tapılıb ki,
onlardan birinin Merve Şevval Elmas olduğu müəyyən edilib.
Mənbə: cumhuriyet.com