Bollivudun “Padşah” ləqəbli aktyoru Salman Xan iki antilopun qətlinə görə beş il həbs cəzasına məhkum edilib.
ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, eyni işdə ittiham olunan digər Bollivud aktyorları Saif Ali Xan, Tabu, Sonali Bendre və Nilima sərbəst buraxılıb.
20 ildir davam edən məhkəmənin son iclası 28 martda keçirilib. Məhkəmə qərarı isə bu gün açıqlanıb.
Qeyd edək ki, Salman Xan film çəkilişləri zamanı 1998-ci ildə nəsli kəsilməkdə olan iki antilopu öldürüb (antilop – boşbuynuzlular fəsiləsinin nümayəndələri içərisindəki 100-ə qədər otyeyən, görkəmcə marallara bənzəyən heyvan növünə verilən addır – red.).