Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat
edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata
keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun
zabiti leytenant Ülvi Hənifə oğlu Bağırov 7 aprel 2024-cü il tarixində müalicə
olunduğu tibb müəssisəsində vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına
dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət etsin!” – deyə
məlumatda bildirilib.