365ac720-31bf-45c9-b10f-03fe12f552be..jpg

Antiterror tədbirləri zamanı şəhadətə ucalan qəhrəmanımızın övladı dünyaya gəlib – FOTO

Baxış sayı: 451 dəfə baxılıb.

Antiterror tədbirləri zamanı şəhadətə ucalan qəhrəmanımızın övladı dünyaya
gəlib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Antiterror tədbirləri zamanı şəhid olan Vüsal Barat oğlu Sumbatzadənin övladı
dünyaya gəlib.

Bu barədə “YAŞAT” Fondundan məlumat verilib.

Bildirilib ki, “YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir. 19-20
sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror
tədbirləri zamanı şəhid olan qəhrəmanımız Vüsal Sumbatzadə Barat oğlunun Bakı
şəhərində doğulan övladı Kənanın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən
qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya
yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait
onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr
hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18
yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

“Onlar bizə əmanət” layihəsi indiyədək 115 şəhid övladını əhatə edib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış
olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:
https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Source link